Julius riyazi modellərlə işləmək üçün nəzərdə tutulmuş Sİ köməkçisidir. Çox ağıllı bir proqramdır. Bir mütəxəssisin həftələrlə üzərində çalışdığı işə dəqiqələr ərzində yerinə yetirə bilir. Bu alət riyaziyyatçının, statistikçinin və ya analitikin yerini tutmur. Amma modeli qurma prosesini xeyli asanlaşdırır. Xüsusilə riyazi düşüncəsi olan, amma modeli texniki olaraq ifadə etməkdə çətinlik çəkən istifadəçilər üçün çox faydalıdır.
Əvvəlcə bir çərçivəni aydınlaşdıraq. Julius nəticə çıxarmır və qərar vermir. O, riyazi modeli qurmağa kömək edir. Modelin düzgünlüyü, məntiqi və real həyata uyğunluğu yenə insan tərəfindən yoxlanmalıdır. Julius burada hesablayan yox, strukturlaşdıran köməkçidir.
Birinci addım problemi sözlə ifadə etməkdir. Julius-un ən güclü tərəflərindən biri odur ki, riyazi problemi adi dildə başa düşür. İstifadəçi “nəyi modelləşdirmək istəyirəm?” sualına sadə cümlələrlə cavab verir. Məsələn, dəyişənlərin necə əlaqəli olduğu, nəyi ölçmək istədiyi və hansı nəticəni axtardığı yazılır. Bu mərhələ riyazi formullardan daha vacibdir.
İkinci addım dəyişənlərin müəyyən edilməsidir. Julius problemi oxuyur və əsas dəyişənləri ayırd edir. Hansı dəyişənlər giriş (input), hansıları çıxış (output) rolunu oynayır, bunlar aydınlaşır. Bu mərhələ modelin skeletini qurur. Əgər dəyişənlər düzgün seçilməzsə, model də düzgün işləməz.
Üçüncü addım əlaqə tipinin qurulmasıdır. Julius dəyişənlər arasındakı münasibətin xətti, qeyri-xətti, ehtimal əsaslı və ya optimallaşdırma yönümlü olub-olmadığını təklif edə bilər. Bu təklif hazır qərar deyil, istiqamətdir. İstifadəçi bu əlaqəni qəbul edə və ya dəyişə bilər.
Dördüncü addım riyazi ifadənin yazılmasıdır. Julius sözlə verilmiş problemi riyazi ifadəyə çevirə bilir. Funksiya (function), tənlik və ya model forması yaradılır. Bu mərhələdə istifadəçi riyazi dili tam bilməsə belə, ortaya işlək model çıxır. Amma bu model mütləq yoxlanmalıdır.
Beşinci addım fərziyyələrin (assumption) açıq yazılmasıdır. Hər riyazi model fərziyyələr üzərində qurulur. Julius bu fərziyyələri ayrıca göstərir. Məsələn, hansı dəyişən sabit qəbul olunur, hansı təsirlər nəzərə alınmır. Bu, modelin harada işlək, harada zəif olduğunu başa düşməyə kömək edir.
Altıncı addım sınaq və həssaslıq yoxlamasıdır. Julius modeli fərqli dəyərlərlə yoxlamaq və nəticənin necə dəyişdiyini göstərmək üçün istifadə oluna bilər. Bu mərhələdə modelin hansı dəyişənlərə daha həssas olduğu aydınlaşır. Bu da real tətbiq üçün çox önəmlidir.
Yeddinci addım nəticənin izahıdır. Julius riyazi nəticəni sözlə izah edə bilir. Bu, texniki olmayan şəxslərə modeli anlatmaq üçün böyük üstünlükdür. Analitik nəticə artıq yalnız formul deyil, başa düşülən izaha çevrilir.
Burada vacib bir xəbərdarlıq var. Julius akademik, maliyyə və ya mühəndislik qərarlarının yerini tutmur. Xüsusilə maliyyə və risk modellərində nəticələr mütləq mütəxəssis tərəfindən yoxlanmalıdır. Julius bu prosesi sürətləndirir, amma məsuliyyəti üzərinə götürmür.
Nəticə olaraq, Julius riyazi modeli “sıfırdan yazmaq” yükünü azaldır. O, düşüncəni riyazi dilə çevirən köməkçidir. Əgər istifadəçi problemi düzgün ifadə edirsə, Julius bu problemi işlək modelə çevirməyə ciddi dəstək verir.
Julius model üçün mükəmməl proqramdır, çox yaxşı effect verir. Amma kodlaşmanı özü aparır. Amma daha mükəmməl və müəllifin də iştirakı ilə modelləşməni Google Colabda (Googlun paytonu) Claude, Chat GPT və ya Gemini ilə daha yaxşı aparmaq olur. Üstünlüyü, kodların yazılmsı və modelin qurulması birbaşa müəllifin iştirakı ilə aparılır. Bu həm də müəllifin problem mükəmməl öyrənməsinə kömək edir.