Müəllif haqqında

📖 Prof. Saleh Məmmədov · “Yaradıcı Süni İntellekt: 150 sual-150 cavab” · Bakı, 2026 · İSBN: 978-952-615-04-3

Prof. Saleh Məmmədov

Prof. Saleh Məmmədov

12 avqust 1956-cı ildə Tovuz rayonunun Pələkli kəndində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra Maliyyə Nazirliyində iqtisadçı, Az.XTİ-də müəllim, baş müəllim, dekan müavini, professor, maliyyə, baş müəllim, dekan müavini, professor, maliyyə naziri vəzifələrində, həmçinin dünyanın bir sıra universitetlərində professor olaraq çalışmışdır.

Hazırda Bakı Mühəndislər Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində professor olaraq çalışmaqda davam edir. Rəqəmsal Keçid Elmi-Tədqiqat İnstitutunun təsisçisi və elmi rəhbəridir.

Bazar iqtisadiyyatına keçid üzrə yaradılan “Sosial-İqtisadi inkişaf” elmi-tədqiqat laboratoriyasının qurucusu və bir neçə il elmi rəhbəri olmuşdur. Hazırda bu qurum ADİU-də elmi-tədqiqat İnstitutu kimi fəaliyyətini davam etdirir.

Bir sıra ölkələrdə müxtəlif dillərdə çap olunmuş 13 kitabın, 700-dən çox elmi və populyar məqalələrin müəllifidir. Beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş “Azərbaycanın 50 illik iqtisadi inkişafı” proqramının müəllifidir.

İngilis, rus, anadolu türkcəsi və azərbaycan türkcəsi dillərini bilir.

Evlidir, iki oğul, bir qız atası və dörd nəvə babasıdır.

Kitabın elektron variantı və AI Agent

kvantera.ai

🏠 Ana səhifə← Lüğət🤖 AI Agent

Scroll to Top