Süni intellekt (yapay zekâ) — kompüterin insan kimi “şüurlu düşünməsi” deyil. Süni intellekt o deməkdir ki, bir sistem çox məlumatı (veri) oxuyur, əlaqələri tapır və sizə cavab verir. Məsələn, siz “mənə bu mövzunu izah et” deyəndə izah edir. “Bu şəkli izah et” deyəndə şəkli başa düşür. “Mənə plan qur” deyəndə plan hazırlayır. Deməli, süni intellekt — beyni əvəz edən yox, beynə sürət verən alətdir.
Sadə izah: Sİ nə edir?
Sİ ümumilikdə 4 işi bacarır:
Oxuyur: mətnləri, şəkilləri, rəqəmləri analiz edir.
Müqayisə edir: oxuduqları arasında əlaqə tapır.
Nəticə çıxarır: “bu belə ola bilər” deyə təklif verir.
Yaradıcıdır: yeni mətn, ideya, təsvir, ssenari yarada bilir.
Bunu belə də yaza bilərik:
Sİ = məlumat + öyrənmə + nəticə + məzmun Hər kəs üçün nümunə
Süni intellekti belə başa düşün:
Yaşlı insan üçün: Sİ “ağıllı köməkçi”dir. (“Mənə dərman saatını xatırlat”, “bu məktubu yaz”.)
Uşaq üçün: Sİ “ağıllı müəllim”dir. (“Mənə bunu oyunla izah et”.)
Fermer üçün: Sİ “məsləhətçi”dir. (“Bu heyvanın gündəlik qida normasını çıxart?”, “bitki niyə saralıb?”.)
Həkim üçün: Sİ “köməkçi”dir. (“Bu analiz nə deməkdir?”.)
Tələbə üçün: Sİ “sürətli repetitor”dur. (“Bu mövzunu
10 dəqiqəyə izah et”, “bu dili mənə öyrət”.)
Praktik: Sİ-ni ilk dəfə istifadə etmək (5 addım)
Bu linki açın: https://chat.openai.com
Daxil olun (email və ya telefonla) — kompüterdə, planşetdə və ya telefonda.
Müxtəlif istifadə üsulları var: brauzerdə sadə istifadəçi kimi daxil ola bilərsiniz, yaxud qeydiyyatdan keçə bilərsiniz. Google hesabı, Microsoft hesabı və ya Facebook hesabı ilə qeydiyyatdan keçmək olar. Həmçinin telefon və ya başqa email ilə də qeydiyyatdan keçmək mümkündür. Bu şəbəkələrə daxil olmaq olduqca asanlaşdırılmışdır. Chat bölməsinə keçib sifariş verə bilərsiniz. Sifarişlər prompt adlanır və buna görə prompt mühəndisliyi elmi formalaşmışdır.
Bu sualı yazın:
“Süni intellekti mənə çox sadə dildə izah et. Mən 10 yaşındayam.”
Sonra yazın: “Eyni izahı indi mən 70 yaşındayam kimi izah et.”
Sonda yazın:“Mənə 5 real nümunə ver.” Kiçik texniki qeyd (alim / tədqiqatçı üçün) Süni intellekt sahəsinə daxildir:
maşın öyrənməsi (makine öğrenmesi)
dərin öyrənmə (derin öğrenme)
təbii dil emalı (doğal dil işleme)
kompüter görməsi (bilgisayarla görme)
Xüsusi qeyd etmək lazımdır ki, əksəriyyət yaradıcı süni intellekt proqramları üçün giriş və qeydiyyat qaydaları eynidir.
Müəllifdən fikir
“Süni intellekt insanı əvəz etmək üçün yox, insanın beyninə sürət vermək üçün yaranıb.”