Sual 134: GƏLƏCƏKDƏ Sİ RİSKLƏRİ ARTACAQ, YOXSA AZALACAQ?

Süni intellektin (Yapay zeka) gələcəyi haqqında proqnozlar iki əsas cəbhəyə bölünür: nikbinlər (optimistler) və bədbinlər (pessimistler). Reallıq isə böyük ehtimalla bu iki qütbün ortasında yerləşəcək. Gələcəkdə süni intellekt risklərinin artıb-azalması texnologiyanın özündən deyil, bəşəriyyətin bu gücü necə tənzimləyəcəyindən və hansı etik çərçivəyə salacağından asılı olacaqdır.

Texnoloji baxımdan risklərin artacağını düşünənlərin ciddi arqumentləri var. Süni intellekt modelləri daha mürəkkəb (karmaşık) və avtonom (otonom) hala gəldikcə, onların qərarlarını izləmək və idarə etmək çətinləşir. “Super-zəka” mərhələsinə çatdıqda, süni intellektin insan nəzarətindən çıxma və ya öz məqsədlərini insanların əleyhinə formalaşdırma ehtimalı bir risk faktoru kimi qalır. Xüsusilə kiber-hücumların avtomatlaşdırılması və daha inandırıcı deepfake videolarının yaradılması qlobal miqyasda rəqəmsal (dijital) xaos yarada bilər. Amma belə hadisələr yalnız insanın iştirakı ilə ola bilər. Ən böyük təhlükə də Sİ-dən deyil, məhz insandan gələ bilər.

Əvvəlki bölmələrdə də qeyd etmişdik ki, Sİ hələ cücər-

ti səviyyəsindədir. Daha nəhəng sistemlər qabaqdadır. Qalaktikalar arası, planetlərarası hərəkətin formalaşması, yeni planetlərin mənimsənilməsi, başqa qalaktikaların resurslarının və orada canlı həyatın aşkarlanması ehtimalı daha çox reallığa bənzəyir. Digər tərəfdən, risklərin azalacağına dair də ciddi əsaslar mövcuddur. İnsanlar texnologiya ilə birlikdə təhlükəsizlik alətlərini də inkişaf etdirirlər. Gələcəkdə süni intellektin səhvlərini və qərəzlərini (bias) müəyyən edən daha mükəmməl «nəzarətçi alqoritmlər» yaradılacaqdır. Dövlətlərin bu sahədə qəbul etdiyi qanunlar (məsələn, AI Act) və qlobal etik standartlar riskləri minimuma endirmək üçün hüquqi qala rolunu oynayacaq. Rəqəmsal savadlılıq artdıqca, insanlar saxta məzmunları tanımaqda daha mahir olacaqlar. Bu baxımdan, gələcəkdə risklər yoxa çıxmayacaq, lakin onlar daha proqnozlaşdırılan və idarə olunan (yönetilebilir) səviyyəyə enəcək. Zaman gələcək bu günkü mürəkkəb LLM modelləri birinci sənaye inqilabının buxar mühərrikləri kimi çox sadə görünəcəkdir.

Nəticə etibarilə, biz süni intellektlə birlikdə yaşamağı öyrənirik. Bu proses avtomobillərin kəşfinə bənzəyir: əvvəllər çox təhlükəli görünsə də, vaxt keçdikcə yol hərəkəti qaydaları, təhlükəsizlik kəmərləri və hava yastıqları riski minimuma endirdi. Süni intellekt üçün də bənzər bir “təhlükəsizlik ekosistemi” formalaşmaqdadır. Azərbaycanda rəqəmsal transformasiya sürətləndikcə, biz də bu qlobal təhlükəsizlik sisteminin bir hissəsi olaraq həm faydalardan yararlanacaq, həm də riskləri idarə etməyi öyrənəcəyik. Gələcək qorxulu deyil, sadəcə daha çox məsuliyyət tələb edən bir dövr olacaqdır.

Nəzərə almalıyıq, Sİ bundan sonra genişlənəcək. Gələcəkdə, insan zəkası ilə mürəkkəb süni zəkanın birləşməsi, ümumi intellektin yaranması Kvant süni intellektinin formalaşması perspektivləri var. Yeri gəlmişkən, növbəti fəsli məhz Kvant süni intellekti araşdıracağıq.

Müəllifin fikri: Gələcək bizim yaratdığımız alqoritmlər tərəfindən deyil, həmin alqoritmləri idarə edən iradəmiz tərəfindən müəyyən olunacaq.

Praktik tapşırıq: Süni intellektə bu sualı verin: “Sənin fikrincə, gələcəkdə insanlar üçün ən böyük risk nə olacaq və buna mane olmaq üçün biz indi nə etməliyik?”. Aldığınız cavabı bu fəsildə öyrəndiklərinizlə müqayisə edin və öz şəxsi qənaətinizi formalaşdırmağınızı yoxlayın.

Fəsil 9 (16 sual)

Kvant Nəsli: 1-ci sinifdən

Süni İntellekt və yeni təhsil modeli

(16 sual: 135-150)

Məqsəd: müəllifin manifesti + təhsil vizyonu 135.“Kvant nəsli” nədir və niyə belə adlandırılır?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top