Xülasə

📚 Prof. Saleh Məmmədov · “Yaradıcı Süni İntellekt: 150 sual-150 cavab” · Bakı, 2026

Xülasə

“Yaradıcı Süni İntellekt (Yapay Zeka): hər kəsin kitabı” (150 sual – 150 cavab) sadəcə bir nəşr deyil, bəşəriyyətin yeni qədəm qoyduğu Kvant Erasının (Çağının) yol xəritəsidir. Bu kitab texnologiyanın mürəkkəb labirintləri ilə gündəlik həyatın sadəliyi arasında rəqəmsal bir körpü quraraq, süni intellekti (Sİ) əlçatmaz bir mifi olmaqdan çıxarıb hər bir fərd üçün universal bir vasitəyə (araca) çevirir. Müəllif professor Saleh Məmmədovun çoxillik tədqiqatlarının bəhrəsi olan bu əsər, çobandan tutmuş nazirə, birinci sinif şagirdindən təcrübəli tədqiqatçıya qədər hər kəsə xitab edən gələcəyin manifestidir.

Əsərin əsas xüsusiyyəti onun həqiqətən “hər kəs üçün” nəzərdə tutulmasıdır. Bu kitab çobandan (çobandan) nazirə (bakana) qədər, şagirddən (öğrenciden) alimə (bilim insanına) qədər hər bir insanın istifadə edə biləcəyi praktik biliklər təqdim edir. Çoban süni intellekt vasitəsilə heyvandarlıq planını optimallaşdıra, fermer məhsuldarlığı (verimliliği) artırmaq üçün xəstəlikləri erkən aşkar edə, müəllim dərs planını avtomatlaşdıra, şagird və tələbə (öğrenci) isə fərdi öyrənmə modelinə keçə bilər. Eyni zamanda alimlər tədqiqatlarını (araştırmalarını) sürətləndirə, həkimlər diaqnostikada (tanı süreçlerinde) köməkçi alət kimi istifadə edə, biznesmenlər strategiya qura, dövlət qurumlarında çalışanlar və nazirlər isə qərarvermə (karar verme) prosesini daha sürətli və dəqiq həyata keçirə bilər, süni intellekt agentləri vasitəsi ilə işlərinin onda doqquzunu onların köməyi ilə yerinə yetirə bilərlər. Bu baxımdan kitab süni intellekti yalnız texnologiya kimi deyil, universal əmək və düşüncə aləti kimi təqdim edir.

Kitab oxucuya iki fərqli formatda təqdim olunur: klassik və elektron. Klassik çap variantı Türk dünyasının linqvistik (dilbilimsel) birliyini hədəfləyən inqilabi bir yanaşma ilə hazırlanmışdır. Azərbaycan və Türkiyə türkcələrinin ortaq leksik bazasını gücləndirmək məqsədilə mətndə fərqli anlaşıla biləcək sözlərin dərhal yanında, mötərizədə onların türkcə qarşılığı (karşılığı) verilmişdir. Bu xüsusi rejim sayəsində kitab hər iki ölkənin oxucusu üçün eyni dərəcədə axıcı və anlaşıqlı olur. Müəllif əmindir ki, bu kitabın nəşrindən sonra hər iki ölkənin dil qurumları bu zaman meydana çıxan fərqli sözləri hər iki tərəfdən sinonim (eşanlamlı) sözlər kimi leksikona daxil edəcəkdir.

Kitabın elektron variantı isə Azərbaycanda ilk dəfə olaraq “Smart Kitab” kimi hazırlanmışdır. Bunun üçün xüsusi kod sistemi yaradılmış və kitab həm də bir müəllim (öğretmen) roluna salınmışdır. Burada süni intellekt vasitəsilə izahatlar verilir, testlər təşkil olunur, səsli oxuma verilir, yoxlama və qiymətləndirmə (değerlendirme) tamamilə Sİ tərəfindən həyata keçirilir, kitabın istənilən bölməsi, sözü dərhal oxucunun sərəncamına verilir, hətta kitabda olmayan cavab da oxucuya təqdim olunur. Orijinalı Azərbaycan və Türk dillərində olsa da, elektron variantda Yaradıcı Süni İntellektin istifadə etdiyi 100-dən çox dildə (o cümlədən ingilis, ivrit, alman, fransız, ukrayna, yapon, çin, rus, fars, başqa türk ləhcələri, gürcü, erməni və s.) əlçatan olacaqdır.

Bu proqrama bütün dünya Azərbaycanlılarına müxtəlif əlifbalarda konvertə oluna biləcək kod yerləşdirilmişdir. Fars əlifbasında oxuya bilən Cənublular üçün kitab fars əlifbasına çevrilə biləcəkdir. Azərbaycan Respublikasının özündə Sovet vaxtında istifadə olunan kiril əlifbasına çevrilə biləcək. Eyni ilə ölkədə tarix boyu istifadə olunan Ərəb əlifbasına da çevrilə biləcək. Qısacası, tarix boyu Azərbaycanda istifadə olunan müxtəlif əlifbalar arasında konvertə sistemi qurulmuş və istənilən materialı saytımıza daxil olaraq ödəməsiz konvertə edə biləcəklər. Bu proqram da müəllif tərəfindən kodlaşdırılmış və kitaba əlavə olunmuşdur. Bu və ümumiyyətlə, smart kitab kodlaşdırma sistemi gələcəkdə bütün digər kitablara, xüsusilə dərsliklərə də tətbiq oluna biləcək universal bir modeldir. Kitab kvantera.ai (müəllifə məxsus) saytında, həmçinin Apple və Android platformalarında yerləşdirilərək hər kəs üçün öz ana dilində əlçatan olacaqdır.

Futuristik baxış bucağından yanaşsaq, bu əsər “Kvant Nəsli” (Kuantum Nesli) üçün nəzərdə tutulmuşdur. Müəllifin konsepsiyasına görə, biz artıq yeni bir eranın – kvant erasının, milyard dəfələrlə daha sürətlə işləyəcək Kvant süni intellektinin astanasındayıq və bu nəslin nümayəndələri süni intellektlə hələ birinci sinifdən tanış olmalıdırlar. Şagirdlərin Sİ-ni öyrənməsi, tədqiqatlara (araştırmalara) cəlb edilməsi və texnologiyanı yaradıcı şəkildə idarə etməsi bu kitabın əsas fəlsəfəsini təşkil edir.

“Elm orta məktəbdə” modeli çərçivəsində şagirdlər erkən yaşdan real problemlər üzərində işləməli, süni intellekt vasitəsilə araşdırma aparmalı və nəticə çıxarmalıdırlar. Müəllimlərin rolu isə dəyişir: onlar artıq məlumat ötürən deyil, istiqamət verən və analitik düşüncəni formalaşdıran mentor rolunu oynayırlar. Kvant nəslindən olan köməkçilərimin (yardımcılarımın) fəaliyyəti göstərir ki, intellektual inqilab artıq başlayıb.

“Yaradıcı Süni İntellekt: hər kəsin kitabı” – intellektual inqilabın astanasında olan cəmiyyətimiz üçün zamanı qabaqlayan bir çağırışdır. Bu, sadəcə oxunacaq bir mətn deyil, hər fərdin öz potensialını kvant sürəti ilə kəşf etməsi üçün rəqəmsal bir bələdçidir (rehberdir). Gələcək artıq gəlib və bu kitab həmin gələcəyin dilində danışır.

📚 Kitabın tam məzmununu oxumaq üçün abunə olun. Abunə ol →

Scroll to Top