Sual 45: UŞAQLAR ÜÇÜN Sİ İSTİFADƏSİ NECƏ OLMALIDIR?

Uşaqlar üçün Sİ (Süni intellekt) həm çox faydalı ola bilər, həm də riskli. Faydalıdır, çünki uşaq sual verə bilir, dərsi daha asan başa düşür, yeni mövzular öyrənir və yaradıcılığı artır. Risklidir, çünki uşaq Sİ-yə həddindən artıq güvənə bilər, yanlış məlumatı doğru saya bilər və yaşına uyğun olmayan mövzularla qarşılaşa bilər. Ona görə, uşaqlar üçün Sİ istifadəsi “azad və nəzarətsiz” olmamalıdır.

Düzgün qayda və sistemlə istifadə edilməlidir.

1) Məqsəd düzgün qoyulmalıdır

Əvvəlcə, ailə və müəllim bir şeyi başa düşməlidir: uşağın Sİ istifadə etməsinin məqsədi “hazır cavab almaq” deyil. Məqsəd öyrənmək və düşünməkdir. Uşaq Sİ-i köməkçi kimi görməlidir. Müəllim yerinə keçən bir sistem kimi yox. Bu fikri, uşağa sadə formada demək lazımdır: “Sİ sənə kömək edir, amma sən özün də düşünməlisən.”

2) Yaşa uyğun istifadə olmalıdır

Uşağın yaşına görə istifadə forması dəyişməlidir. Kiçik yaşlarda daha çox:

nağıl yaratmaq

tapmaca hazırlamaq

rənglər və heyvanlar kimi sadə mövzular məsləhətdir.

Böyük yaşlarda isə:

dərsi izah etdirmək

yazı düzəltmək

layihə üçün ideya tapmaq istifadə oluna bilər.

Əsas qayda budur: uşaq üçün “məlumat” deyil, “təhlükəsiz öyrənmə” önəmlidir.

3) Valideyn nəzarəti (nəzarət – kontrol) şərtdir

Uşağın Sİ istifadə etdiyi vaxt valideyn qaydalar qoymalıdır:

gündəlik vaxt limiti (məsələn, 20–30 dəqiqə)

hansı mövzulara icazə var, hansına yox

şəxsi məlumat yazmaq qadağandır

Uşaq bilməlidir ki, ad, soyad, məktəb, ünvan, telefon nömrəsi, şəkil kimi məlumatlar Sİ-ə yazılmamalıdır. Bu, təhlükəsizlik üçün vacibdir.

4) Uşağa düzgün sual vermək öyrədilməlidir

Sİ-dən, düzgün nəticə almaq üçün uşaq sualı düzgün verməlidir. Bu həm də düşünmə bacarığını inkişaf etdirir. Məsələn, uşaq sadəcə “mənə cavab yaz” deməməlidir. Bunun yerinə belə soruşmalıdır:

“Bu mövzunu sadə dillə izah et.”

“Mənə 3 nümunə göstər.”

“Bunu addım-addım öyrət.”

Valideyn uşağa “hazır cavab istəmə” qaydasını izah etməlidir. Çünki, Sİ-dən hazır cavab almaq uşaqda tənbəllik yarada bilər.

5) Tənqidi düşünmə (tənqidi düşünmə – eleştirel düşünme) əsasdır

Sİ, bəzən səhv cavab verə bilər. Uşaq bunu bilməlidir. Ona görə uşaq üçün 3 əsas sual vərdişi formalaşdırmaq lazımdır:

“Bu cavab doğrudurmu?”

“Haradan bilirik?”

“Başqa izah varmı?”

Bu suallar uşağı düşünməyə məcbur edir və onu aldanmaqdan qoruyur.

6) Uşaqlar üçün ən faydalı istifadə sahələri

Praktik olaraq uşaqlar üçün ən yaxşı istifadə nümunələri:

riyaziyyat məsələsini izah etdirmək (amma birbaşa cavab yox)

mətnin səhvlərini düzəltdirmək

şəxsi cabinet açaraq dərslərə hazırlıq səhifəsi yaratmaq

esse planı hazırlamaq

qısa hekayə və nağıl yazmaq

yeni sözlər öyrənmək və tərcümə etmək • məktəb layihələri üçün ideya çıxartmaq Bu istifadə növləri uşağa real fayda verir. 7) Riskli tərəf və qaydalar Riskli tərəflər bunlardır:

uşaq yanlış məlumatı doğru saya bilər

uyğun olmayan mövzulara keçə bilər

Sİ asılılığı yarana bilər (asılılıq – bağımlılık) Bu riskləri azaltmaq üçün 7 qayda verilir:

vaxt limiti

valideyn nəzarəti

şəxsi məlumat qadağası

dərs üçün “izah” istə, “cavab” yox

cavabı yoxlama vərdişi

tək başına gecə istifadə etməmək

şübhəli nəticəni valideynlə müzakirə etmək

Nəticə olaraq, uşaqlar üçün Sİ istifadəsi faydalı ola bilər, amma yalnız düzgün qayda ilə. Məqsəd öyrənməkdir. Nəzarət vacibdir. Uşaq Sİ-i köməkçi kimi istifadə etməyi öyrənsə, bu texnologiya onun biliyini və yaradıcılığını artıracaq.

ChatGPT-də və bəzi digər süni intellekt (Sİ) proqramlarında uşaqlar üçün valideyn nəzarəti rejimi yaratmışdılar, və artıq 2025-ci ilin payızından etibarən tətbiq olunur, lakin bu xüsusiyyətlər hələ tam şəkildə bütün platformalarda mövcud deyil və müxtəlif proqramlarda fərqli səviyyədədir.

OpenAI artıq ChatGPT-yə valideyn nəzarəti xüsusiyyətləri əlavə edib və bu funksiyalar 2025-ci ilin payızından etibarən istifadəyə verilib, sadəcə uşaqların hesabına bunu qoşmaq lazımdır. Təlimatı, həmin proqramların özündən almaq lazımdır: saniyələr ərzində addım-addım təlimat göndərəcəkdir.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top