Səslə başla, günə hakim ol!
Çarlz Darvin vaxt çatışmazlığından boğulduğu bir vaxtda gününü 30 dəqiqəlik ciddi intervallarla planlaşdırmağa başlayır. Maraqlıdır ki, o, ən ağır elmi işlərini günorta naharına qədər bitirir, günün qalan hissəsini isə digər işlərə və istirahətə ayırırdı. Bu dəqiq bölgü ona «Növlərin mənşəyi» kimi nəhəng bir əsəri bitirməyə imkan verdi. Günlük planlaşdırma çox ciddi effect verir.
Günün keyfiyyəti çox vaxt səhərin ilk dəqiqələrində formalaşır. Çünki səhər insanın diqqəti daha təmiz, beyin daha sürətli olur. Amma, çoxumuz günə plansız başlayırıq: telefon açılır, bildirişlər gəlir, sosial şəbəkələr vaxtımızı alır və gün „avtopilot“ rejiminə düşür. Süni intellekt (Sİ) burada sizi düşüncə qarışıqlığından çıxarır, günə struktur verir və prioritetləri (Öncelikleri) sizinlə birlikdə seçir. Məqsəd sadədir: nə edəcəyini bilmək və ilk addımı asanlaşdırmaq.
Süni intellektə altmış saniyədə gün məlumatı yazın
Süni intellektə ən vacib işi seçdirin
İlk iyirmi dəqiqəni süni intellektlə planlayın
Fokus cümləsi yazdırın
Axşam üçün üç yoxlama sualı hazırlayın Gündəlik planın addım-addım qurulması
Süni intellektin (Yapay Zeka) düzgün plan qurması üçün ona real vəziyyəti qısa şəkildə təqdim etməlisiniz. Tarixi, üç əsas işinizi və enerji vəziyyətinizi qeyd etmək kifayətdir. Məsələn, enerjiniz aşağıdırsa, Sİ sizə daha yüngül bir cədvəl (Çizelge) təklif edəcək. Ən böyük problem işi bitirmək deyil, başlamaqdır. Başlama gecikəndə gün də dağılır. Buna görə də Sİ-dən böyük plan yox, ilk addım üçün kiçik bir yol xəritəsi istəyin.
Süni intellekti „səhər açarı“ kimi istifadə etsəniz, gün planlı başlayır. Bu, gün ərzində daha az yorulmağınıza və axşam daha çox nəticə görməyinizə şərait yaradacaq. Əsas prinsip budur: çox iş yox, tam iş.
Praktik istifadə üçün hazır cümlələr:
Aşağıdakı mətni kopyalayıb boşluqları dolduraraq süni intellekt tətbiqinə (Uygulama) göndərin:
Nümunə: „Bu gün 3 əsas işim: 1) hesabat yazmaq 2) banka getmək 3) təqdimatı bitirmək. Enerjim: orta. Mənim üçün realist bir səhər planı hazırlayın və hansı işi birinci
görməli olduğumu səbəbi ilə yazın.“
Faydalı linklər
ChatGPT rəsmi tətbiqi (App Store)
Google Gemini rəsmi saytı
Müəllifin fikri: Günə necə başlayacağınızı seçmək, günü necə bitirəcəyinizi müəyyən etməkdir.
Praktik tapşırıq: İndi süni intellekt tətbiqini açın və ondan bugünkü gününüz üçün maksimum 12 sözdən ibarət bir fokus cümləsi yazmasını istəyin.