Sual 20: ŞƏKİL YARADAN Sİ (GÖRSEL ÜRETEN YAPAY ZEKÂ) NECƏ İŞLƏYİR?

ŞƏKİL YARADAN Sİ (GÖRSEL ÜRETEN YAPAY ZEKÂ) NECƏ İŞLƏYİR?

Şəkil yaradan süni intellekt — sizin sözlərlə verdiyiniz təsviri (tanımı) vizual bir reallığa çevirən texnologiyadır. Bu sistemlər «Mətn-şəkil» (text-to-image) modeli adlanır. Siz sadəcə xəyalınızdakı mənzərəni yazırsınız, süni intellekt isə həmin təsviri saniyələr içində rəqəmsal kətana köçürür.

Sadə dillə: Siz rejissor, süni intellekt isə sizin göstərişlərinizlə dərhal rəsm çəkən rəssamdır.

Şəkil yaradan Sİ-in «sirri»: Diffuziya (yayılma) metodu

Kompüterin şəkli “yaratması” onun milyonlarla vizual məlumatı analiz etməsindən qaynaqlanır. Müasir sistemlər (məsələn, Midjourney və ya DALL-E) əsasən Diffuziya (Diffusion) adlı bir üsulla işləyir:

Söz-Şəkil əlaqəsi: Sİ öyrənmə mərhələsində milyonlarla şəkli və onların altındakı yazıları (etiket/label) oxuyur. O bilir ki, «alma» sözü hansı formaya və rəngə uyğundur.

Xaosdan nizama: Sİ bir şəkli yaratmağa başlayanda əvvəlcə ekranı tamamilə «rəqəmsal küy» (noise) — yəni rəngli nöqtələr qarışığı ilə doldurur.

Təmizləmə: Sizin yazdığınız promptu rəhbər tutaraq, həmin nöqtələri yavaş-yavaş düzgün yerlərə qoyur, küyü təmizləyir və nəticədə aydın bir təsvir yaradır.

Bu texnologiya rəssamı əvəz edirmi?

Bu, 2026-cı ilin ən çox müzakirə edilən sualıdır. Cavabımız qətidir: Xeyr.

Süni intellekt bir alətdir. Fotoaparatın ixtirası rəssamlığı bitirmədiyi kimi, şəkil yaradan Sİ-də dizaynerliyi bitirmir. Əksinə:

Rəssamın yaradıcılığı (özgünlüğü) var: O, duyğu və dərin məna qatır.

Sİ-in sürəti var: O, ilkin eskizi (taslağı) 5 saniyəyə hazırlayır.

Nəticə: Sİ dizayneri əvəz etmir. Sİ-dən istifadə edən dizayner, istifadə etməyən dizayneri əvəz edir.

Sİ “kopyalayır”, yoxsa “yaradır”?

Süni intellekt mövcud şəkilləri kəsib-yapışdırmır (kolaj etmir). O, vizual dünyadakı üslubları (stilləri), işıq qaydalarını və kompozisiyanı öyrənir. Bu, musiqiyə bənzəyir: bəstəkar minlərlə mahnı dinləyir, amma sonunda yeni və özünəməxsus bir əsər bəstələyir. Sİ-də vizual elementlərin “riyaziyyatını” öyrənərək yeni kombinasiyalar qurur. Praktik nümunə: “Kitab üz qabığı”

Təsəvvür edin ki, bu kitab üçün bir üz qabığı lazımdır. Dizaynerlə həftələrlə danışıqlar aparmaq əvəzinə, Sİ-ə bu tapşırığı verirsiniz:

“Azərbaycan və Türkiyə üçün süni intellekt kitabı: futuristik üslub, minimalist, mavi və qızılı rənglər, kitab və insan silueti, 4K keyfiyyət.”

Sİ, saniyələr içində sizə 4-5 fərqli variant təqdim edir.

Siz isə bu variantlardan birini seçib peşəkar dizaynerlə birlikdə son rəng tənzimləmələrini edə bilirsiniz.

Keyfiyyətli şəkil üçün “Qızıl Prompt” qaydaları

Yaxşı bir vizual nəticə almaq üçün promptu bu 5 komponentlə qurun:

Obyekt: Nə görmək istəyirsən? (Məsələn: Bakı bulvarında robot).

Stil: Realistik, yağlı boya, cizgi film (çizgi film), futuristik…

İşıq və Rəng: Gün batımı (gün batımı), neon işıqlar, qara-ağ…

Kompozisiya: Yaxın plan (yakın çekim), geniş bucaq (geniş açı)…

Keyfiyyət: “Ultra realistic”, “8k resolution”, “cinematic lighting”.

Praktik tapşırıq: Öz vizualını yarat (10 dəqiqəlik test) Oxucularımız üçün iki fərqli platformada sınaq:

• Səviyyə 1 (Asan): Canva daxilindəki “Magic Media” bölməsinə keçin.

o Prompt: “A futuristic tea culture in Azerbaijan, mo-

dern armudu glass, cyber punk style, high quality.”

• Səviyyə 2 (Peşəkar): Midjourney və ya DALL-E 3 istifadə edin.

o Prompt: “Ancient Silk Road, Azerbaijan landscape,

digital art, sunset, warm cinematic lighting –ar 16:9”

Müəllifin fikri: Şəkil yaradan süni intellekt rəssamı əvəz etmir — o, insanın daxilindəki gizli rəssamın fikirlərini sürətə və görünən reallığa çevirən universal bir fırçadır.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top