VİDEO YARADAN Sİ (VİDEO ÜRETEN YAPAY ZEKÂ) NECƏ İŞLƏYİR?
Video yaradan süni intellekt (YaraSİ) — sizin verdiyiniz mətn (text), şəkil (image) və ya ilkin ssenari (senaryo) əsasında hərəkətli vizual kadrlar formalaşdıran texnologiyadır. Əgər şəkil yaradan Sİ bir anı dondurursa, video yaradan Sİ həmin ana zaman və hərəkət ölçüsü qatır.
Sadə dillə desək: Siz ssenarist kimi xəyalınızdakı səhnəni təsvir edirsiniz, süni intellekt isə həm rejissor, həm operator, həm də montajçı kimi həmin səhnəni canlandırır.
Video istehsalında inqilab: Nə dəyişdi?
Əvvəllər keyfiyyətli bir video çarx hazırlamaq üçün bahalı kameralar, işıq sistemləri, aktyorlar və peşəkar montaj proqramları tələb olunurdu. Yaradıcı Sİ bu zənciri qısaldaraq video istehsalını demokratikləşdirir (herkes için erişilebilir kılar):
Sürət: Günlərlə çəkən çəkiliş və montaj prosesi saniyələrə sığır.
Əlçatanlıq: Regionlarda yaşayan bir müəllim və ya məktəb şagirdi eyni texnoloji imkanlardan istifadə edə bilir.
İnteqrasiya: Si ssenari yazır, səsləndirir, vizual kadrları qurur və onları bir araya gətirir.
Video Sİ-nin 3 əsas istiqaməti
Müasir video sistemləri üç fərqli metodla işləyir:
1. Mətndən video (Text-to-Video): Tamamilə sıfırdan, yalnız yazı əsasında kadrlar yaradır.
o Nümunə: “Buludların üzərində uçan futuristik Bakı
mənzərəsi, gün batımı.”
2. Şəkildən video (Image-to-Video): Statik bir şəkli canlandırır.
o Nümunə: Köhnə bir ailə fotosunu canlandırmaq və
ya kameranı mənzərə ətrafında döndərmək.
3. Video-redaktə (Video-to-Video): Mövcud videonun üslubunu dəyişir və ya detalları yeniləyir. o Nümunə: Gündüz çəkilmiş videonu gecə görüntü-
sünə çevirmək və ya fonu (arka planı) dəyişmək.
Niyə bəzən görüntülər “qəribə” olur? (Texniki reallıq)
Video yaratmaq şəkildən daha çətindir. Çünki video saniyədə 24-30 fərdi şəklin (kadrın) bir-birinə mükəmməl uyğunlaşmasıdır. 2026-cı il reallığında belə, bəzən:
Fizika qanunları pozula bilər (cisimlər qeyri-təbii hərəkət edir).
İnsan barmaqları və ya üz ifadələri qeyri-sabit ola bilər.
Səbəb: Sİ hələ də hər kadrın «məntiqi davamlılığını» (temporal consistency) tam qorumağı öyrənir. Amma inkişaf sürəti hər ay daha stabil nəticələrə gətirib çıxarır.
Aparıcı video yaradan neyron şəbəkələri
Bu sahədə ən yüksək nəticə göstərən platformalar və onların rəsmi keçidləri:
Praktik tapşırıq: 15 dəqiqəyə ilk Sİ videonu yaratma alqoritmi:
Bu addımları izləyərək rəqəmsal yaradıcılığa başlayın:
Platforma: Sora və ya Luma Labs saytına daxil olun.
Addım 1 (Mətn): Bu promptu daxil edin: “A cinematic shot of a modern Azerbaijan village, lush green mountains, sunbeams filtering through trees, hyper-realistic, 4k.” (Bu promptu başqa dillərdə də vermək olardı, daha effektli olması üçün Sİ-in ana dili sayılan ingilis dilinə çevirəndə daha keyfiyyətli nəticə almaq olur: tərcüməni həmin Sİ proqramında və ya Google-də də yerinə yetirmək olar)
Addım 2 (Şəkil): Əgər əlinizdə gözəl bir kənd mənzərəsi varsa, onu yükləyin və “Animate” (canlandır) düyməsini sıxın.
Təkmilləşdirmə: Canva vasitəsilə videonuza altyazı və musiqi əlavə edərək tamamlayın.
Video üçün “Qızıl Prompt” şablonu
Yaxşı bir video nəticəsi almaq üçün bu strukturdan istifadə edin:
Mövzu: Nə baş verir?
Məkan: Harada baş verir?
Kamera: Yaxın plan (close-up) yoxsa geniş bucaq (wide angle)?
Hərəkət: Kamera hərəkəti (məsələn: panning, zooming).
Stil: Cinematic, documentary, 3D animation.
Müəllifin fikri: Video yaradan süni intellekt XXI əsrdə kameranı bir texniki avadanlıqdan xəyal gücünün birbaşa alətinə çevirdi: artıq fikir özü video çəkə bilir.