Sual 83: Sİ İLƏ AUDİO TRANSKRİPT NECƏ ÇIXARILIR?

Audio transkript (Ses yazısının metne çevrilmesi, keçmiş dövrdə stenoqrafistlərin işi) gündəlik işdə vaxt qazanmaq üçün əvəzsizdir. Müsahibə (İnterview), toplantı qeydi və ya mühazirələri əllə yazmaq saatlar aparsa da, transkript texnologiyası bu prosesi saniyələrə endirir. Süni intellekt (Sİ) (Yapay Zeka) burada iki mərhələdə kömək edir: əvvəlcə səsi mətnə çevirir, sonra isə həmin mətni təmizləyərək xülasə və qərarlar formatına salır. Lakin unutmayın ki, adlar və terminlərdə Sİ səhv edə bilər, ona görə də mütləq son yoxlama lazımdır.

Audio faylı hazırlayın və səs keyfiyyətini yoxlayın

Səsi mətnə çevirərək ilkin transkripti çıxarın

Danışanları spiker etiketləri ilə ayırın

Mətndən xülasə (Özet) və əsas başlıqlar çıxarın

Görüləcək işlər (Action items) siyahısını tərtib edin

Transkripti hesabat və ya e-mail formasına salın

Məlumatın emalı və fəaliyyət planının qurulması

Transkriptin keyfiyyəti birbaşa səs yazısının aydınlığından asılıdır. Sİ-yə mətni təmizləmək əmri verdikdə, o, “ee”, “yəni” kimi artıq sözləri silir və yarımçıq cümlələri düzəldir. Əgər görüşdə bir neçə nəfər iştirak edibsə, danışanları “Spiker A” və “Spiker B” kimi etiketləmək (Speaker labeling) mətni daha anlaşıqlı edir. Bu addım qarışıq səs qeydini peşəkar bir sənədə çevirir.

[shutterstock_explore_tag: voice_to_text_app_smartphone_transcription_interface]

Transkriptin ən dəyərli hissəsi “Action items” bölməsidir. Sİ-dən kimin hansı işi görəcəyini və son tarixləri (Deadline) maddələrlə çıxarmasını istəyin. Bu, uzun bir toplantı qeydini birbaşa to-do listə (Görilecek işler listesi) çevirir. Sonda həmin məlumat əsasında komandaya göndəriləcək bir e-mail mətni hazırlatdıraraq iş axınını tamamlayın. Bu sistemlə 45 dəqiqəlik bir görüşün nəticələrini cəmi 15 dəqiqəyə hazır edə bilərsiniz.

Ənənəvi YSİ proqramlarından başqa (Chat GPT, Gemini, Notebook LM, Copilot, Grok Aİ və s.) başqa bu işi yerinə yetirə bilən daha beş Sİ platformasnın linklərini təqdim edirəm:

Otter.ai – Xüsusilə onlayn toplantılar (Zoom, Teams) üçün ən güclü alətlərdən biridir.

https://otter.ai/

Riverside.fm – Yüksək keyfiyyətli səs yazısı və eyni zamanda dəqiq transkript imkanı təqdim edir.

https://riverside.fm/transcription

Descript – Səs fayllarını mətn üzərindən redaktə etməyə imkan verən innovativ platformadır. https://www.descript.com/

Rev.ai – Peşəkar səviyyədə transkript və altyazı xidmətləri üçün geniş istifadə olunur. https://www.rev.ai/

Trint – Jurnalistlər və məzmun yaradıcıları üçün səsli qeydləri sürətlə mətnə çevirən alətdir.

https://trint.com/

Bu platformalar eyni zamanda əldə olunan mətni istənilən dilə tərcümə də edə bilirlər. https://notebooklm.google.com/

Bu platforma çox şaxəlidir, sizin təqdim etdiyiniz materialdan hər cür nəticə ala bilir: səs yazısı, video, hesabat, flaşkard, infoqrafik, slaydlar və s

Müəllifin fikri: Transkript sadəcə sözlərin kağıza köçürülməsi deyil, dağınıq danışıqların intizamlı qərarlara çevrilməsidir.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top