Sual 87: Sİ İLƏ ŞƏXSİ MALİYYƏ PLANI NECƏ QURULUR?

Şəxsi maliyyə planı qurmaq çox adam üçün çətin görünür, çünki mövzu həm həssasdır, həm də qarışıqdır. Əslində maliyyə planı sadəcə pulun hara getdiyini görmək və onu məqsədə uyğun idarə etməkdir. Süni intellekt (Sİ) (Yapay Zeka) bu prosesdə xərcləri kateqoriyalara bölür, büdcə modelləri çıxarır və yığım planları təklif edərək sizə bir sistem qurur. Lakin unutmayın ki, Sİ maliyyə mütəxəssisi deyil; o, rəqəmləri daha aydın formaya salan bir köməkçidir. Kredit və ya böyük yatırım qərarlarında mütləq mütəxəssis məsləhəti alınmalıdır.

Üç əsas maliyyə məqsədinizi müəyyən edin

Gəlir və xərc siyahısını süni intellektlə qurun

Uyğun bir büdcə modeli (məs: 50/30/20) seçin

Xərcləri optimallaşdırmaq üçün „kəsilmə siyahısı“ hazırlayın

Avtomatlaşdırılmış aylıq yığım planı qurun

Borclar üçün prioritetli ödəniş strategiyası hazırlayın

Bir səhifəlik maliyyə idarəetmə paneli (Dashboard) yaradın

Büdcənin və xərclərin sistemli idarə edilməsi

Maliyyə planı üçün ilk addım şəffaflıqdır. Sİ-yə sabit gəlirinizi, borclarınızı və dəyişən xərclərinizi verdiyinizdə, o sizə aylıq vəziyyətin analizini çıxarır. Məsələn, 50/30/20 modeli (50% ehtiyaclar, 30% istəklər, 20% yığım) büdcənizi nizama salmaq üçün ən sadə və effektiv başlanğıcdır. Sİ həmçinin xərclərinizi „kəs“ (tamamilə çıxar) və „azalt“ (ölçüsünü endir) kateqoriyalarına bölərək sizə konkret qənaət yolları göstərir.

Borc məsələsində Sİ-dən iki məşhur strategiyanı – „Qar topu“ (kiçik borcları əvvəl bağlamaq) və „Uçqun“ (yüksək faizli borcları əvvəl bağlamaq) modellərini müqayisə etməsini istəyə bilərsiniz. Bu, sizə daha aydın seçim imkanı verəcəkdir. Sonda bir səhifəlik idarəetmə paneli (Dashboard) şablonu (Şablon) əldə edərək hər ay öz vəziyyətinizi izləyə bilərsiniz. Bu sistemlə pulunuz „qaranlıqda“ qalmır, hər bir qərar şüurlu şəkildə verilir.

Şəxsi maliyyə üçün ən yaxşı Sİ platformaları

Maliyyə planınızı avtomatlaşdırmaq və analiz etmək üçün bu alətlərdən istifadə edə bilərsiniz:

Wally: Gəlir və xərcləri izləmək üçün süni intellekt əsaslı ən populyar tətbiqlərdən biridir.

Rocket Money: Abunəliklərinizi avtomatik tapır, lazımsız xərcləri kəsməyə və büdcə qurmağa kömək edir.

PocketGuard: Süni intellekt vasitəsilə «cibinizdə nə qədər pul qaldığını» anlıq hesablayır və xərcləri avtomatik kateqoriyalaşdırır.

Monarch Money: Bütün bank hesablarınızı və yatırımlarınızı bir yerdə görmək üçün peşəkar maliyyə idarəetmə platformasıdır.

ChatGPT (Data Analysis): Excel və ya bank çıxarışlarınızı (PDF/CSV) bura yükləyərək dərin büdcə analizi hazırlada bilərsiniz.

Praktik istifadə üçün hazır cümlələr

Aşağıdakı „Maliyyə planı“ promptunu (İpucu) kopyalayıb boşluqları dolduraraq süni intellektə göndərin:

Nümunə: „Aylıq gəlirim 2000 AZN-dir. Sabit xərclərim 1200 AZN, dəyişən xərclərim isə 500 AZN-dir. Məqsədim 6 aya 1000 AZN yığım etməkdir. Mənə 50/30/20 modelinə (Modeli) uyğun büdcə planı və xərcləri azaltmaq üçün 5 təklif ver.“

Müəllifin fikri: Maliyyə planı pulun çoxluğu ilə deyil, onun hansı istiqamətə yönəldilməsi ilə bağlıdır.Pulu xərcləmək qazanmaqdan daha çətindir.

Fəsil 6 – Top 10 YSİ proqramı

(və hansı nə üçün lazımdır)

(15 sual: 88-102)

Məqsəd: Seçim Bələdçisi (Rehberi).

Giriş

Son illərdə, Sİ alətləri sürətlə artıb. Demək olar ki, hər gün yeni bir proqram təqdim olunur. Hamısı daha ağıllı, daha sürətli və daha faydalı olduğunu iddia edir. Nəticədə isə oxucu və istifadəçi üçün əsas problem yaranır: seçim etmək çətinləşir. Hansı alət həqiqətən işə yarayır, hansı isə sadəcə vaxt aparır? Bu fəsil məhz bu sualı cavablandırmaq üçün yazılıb.

Kitabın bu fəslinin məqsədi, oxucunu Sİ texnologiyasının dərin mexanizmlərinə salmaq deyil. Məqsəd, real istifadə üçün sadə, aydın və praktik yol göstərməkdir. Fəsil 6-da eyni yanaşma ilə hazırlanıb. Burada “ən güclü”, “ən qabaqcıl” kimi ümumi ifadələrdən qaçılır. Əvəzində, konkret ehtiyaclara uyğun konkret alətlər təqdim olunur. Oxucu, bu fəsli oxuduqdan sonra hansı Sİ alətini nə üçün seçəcəyini bilməlidir. Daha vacibi isə hansı aləti seçməməli olduğunu da anlamalıdır.

Bu gün, Sİ alətləri təkcə proqramçılar və texniki mütəxəssislər üçün deyil. Müəllimlər, tələbələr, marketinq mütəxəssisləri, məzmun istehsalçıları, dizaynerlər, sahibkarlar və ofis işçiləri də bu alətlərdən istifadə edir. Amma, eyni alət hamı üçün uyğun ola bilməz. Yazı yazmaq üçün faydalı olan bir Sİ, araşdırma üçün zəif ola bilər. Vizual hazırlamaq üçün güclü olan alət isə planlama və analiz işlərində faydasız qala bilər. Bu səbəbdən bu fəsil “ən yaxşı Sİ hansıdır?” sualını deyil, “mənim işim üçün hansı Sİ uyğundur?” sualını əsas götürür.

Fəsildə təqdim olunan 10 Sİ aləti hər hansı reytinq və ya məşhurluğuna görə deyil, sadəcə müəllifin öz şəxsi təcrübəsinə uyğun olaraq seçilmişdir. Seçim zamanı üç başlıca amil prinsip əsas götürülüb. Birincisi, bu alətlər real istifadə olunur və praktik nəticə verir. İkincisi, fərqli iş sahələrini əhatə edir və yalnız bir peşəyə yönəlməyib. Üçüncüsü isə yeni başlayan istifadəçi üçün əlçatandır, yəni uzun öyrənmə prosesi tələb etmir. Bu yanaşma oxucunun vaxtını qorumaq və onu lazımsız texniki detallardan uzaq tutmaq üçündür.

Bu fəsildə, hər bir alət eyni məntiq üzrə izah olunacaq. Alətin nə üçün yaradıldığı, kimlər üçün uyğun olduğu, hansı işlərdə faydalı nəticə verdiyi və hansı hallarda istifadə edilməsinin mənasız olduğu açıq şəkildə göstəriləcək. Burada məqsəd oxucunu alətə heyran etmək deyil, onu düzgün qərara yönəltməkdir. Çünki, Sİ ilə bağlı ən böyük problemlərdən biri yanlış gözləntilərdir. İnsan aləti yükləyir, amma öz işinə uyğun olmadığını gec anlayır. Nəticədə həm vaxt, həm də motivasiya itir.

Xüsusilə, vurğulanmalıdır ki, bu fəsildə Sİ heç vaxt qərar verən kimi təqdim olunmur. Tibbi, hüquqi və maliyyə mövzularında Sİ yalnız köməkçi rolundadır. Məlumatı toplamaq, variantlar yaratmaq və prosesi sürətləndirmək üçün istifadə olunur. Son qərar isə hər zaman mütəxəssisə və ya istifadəçinin özünə məxsusdur. Bu yanaşma, kitabın bütün fəlsəfəsi ilə uyğun gəlir və oxucunun yanlış risklərə girməsinin qarşısını alır.

Fəsil 6-nın strukturu, sadə və oxunaqlıdır. Əvvəlcə, Sİ alətini seçmək üçün əsas meyarlar izah olunur. Bu, oxucuya alətlərə baxarkən düzgün filtr formalaşdırmağa kömək edir. Daha sonra isə ən populyar və ən faydalı Sİ alətləri bir-bir təhlil edilir. Hər sual müstəqildir və ayrı-ayrılıqda oxuna bilər. Oxucu istəsə yalnız ona lazım olan aləti oxuyub keçə bilər, istəsə bütün fəsli ardıcıl şəkildə izləyə bilər.

Bu fəsli bitirən oxucu artıq “hamı istifadə edir” deyə alət seçməməlidir. O, öz ehtiyacını analiz etməyi, pulsuz və ödənişli alətlər arasındakı real fərqi görməyi, mobil və kompüter əsaslı Sİ həllərini düzgün ayırmağı bacarmalıdır. Əgər, oxucu bu bacarıqları qazanırsa, deməli Fəsil 6 öz məqsədinə çatır.

İndi isə ilk və ən vacib mərhələyə keçirik. Sİ alətlərini tanımadan əvvəl onları düzgün seçməyi öyrənmək lazımdır. Bu səbəbdən, Fəsil 6 88-ci sual ilə başlayır və bu sual bütün fəsilin təməlini təşkil edir.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top