Sual 37: MİKROFONLA DANIŞARAQ Sİ İSTİFADƏ ETMƏK NECƏDİR?

Mikrofonla danışaraq Sİ (Süni intellekt) istifadə etmək, telefonda yazmaq əvəzinə danışıb nəticə almaq deməkdir. Bu üsul çox rahatdır. Xüsusilə uzun sual yazmaq istəməyəndə, yolda olanda, yaşlı biri istifadə edəndə və ya tez plan qurmaq lazım olanda çox kömək edir. Xüsusilə, yazmağı bacarmayan çəxslər üçün bu çox əhəmiyyətlidir. Amma düzgün istifadə qaydası bilinməsə, Sİ səni səhv başa düşə bilər və cavab qarışıq ola bilər.

Əvvəlcə bilməlisən: mikrofonla istifadə 2 hissədən ibarətdir. Birincisi, sənin dediyini telefonda mətnə çevirməkdir. İkincisi, həmin mətn əsasında Sİ-in cavab hazırlamasıdır. Problem adətən birinci hissədə yaranır. Çünki telefon bəzən sözləri səhv yazır. Buna görə mikrofonla istifadə edəndə mətni yoxlamaq vacibdir.

İstifadə qaydası sadədir. ChatGPT tətbiqini açırsan. Yazı bölməsinin yanında mikrofon işarəsi olur. Ona basırsan və danışırsan. Danışığı bitirəndə dayan düyməsinə basırsan. Sonra telefon dediklərini mətnə çevirir. Bundan sonra səndən asılıdır: ya mətni dərhal göndərirsən, ya da əvvəl oxuyub düzəliş edirsən. Ən düzgün yol budur: əvvəl oxu, səhvləri düzəlt, sonra göndər.

Mikrofonla danışanda əsas qayda budur: qısa və konkret danış. Uzun-uzun danışanda sistem hissələri səhv yaza bilər. Ona görə cümlələri bölmək lazımdır. Məsələn, bir nəfəsə 30 saniyə danışmaq yaxşı deyil. 5–10 saniyə danış, sonra fasilə ver. Sİ daha yaxşı anlayacaq.

Danışıq zamanı “dəqiqlik” də vacibdir. Çünki Sİ sənin verdiyin detala görə nəticə çıxarır. Məsələn, sadəcə “mənə plan qur” demək zəifdir. Daha yaxşısı belədir: “Sabah üçün plan qur. Mən 09:00-da işə gedirəm. 18:00-da qayıdıram. İdman etmək istəyirəm. 2 saat dərs oxumalıyam. 23:30-da yatmaq istəyirəm.” Bu cür danışanda cavab daha real olur.

Azərbaycan dilində mikrofonla istifadə edəndə bir neçə tip problem olur. Bəzən sözlər səhv yazılır. Xüsusilə adlar, terminlər, rus və ingilis sözləri. Bəzən durğu işarələri düzgün qoyulmur və cümlələr bir-birinə qarışır. Bu halda iki çıxış yolu var. Birincisi, cümlələri çox qısa demək. İkincisi isə mətni göndərmədən əvvəl bir neçə saniyə yoxlamaq.

Mikrofonla istifadə zamanı sənin üçün ən praktik üsul budur: Sİ-yə rol ver. Məsələn: “Sən müəllimsən”, “Sən CV mütəxəssisisən”, “Sən marketinq mütəxəssisisən”. Bu, cavabın tonunu və səviyyəsini daha düzgün edir.

Təhlükəsizlik məsələsini də unutmaq olmaz. İctimai yerdə danışanda ətrafdakılar eşidə bilər. Buna görə bank, şəxsi sənəd, şəxsi sirr kimi mövzuları mikrofonla demək düzgün deyil. İctimai yerdə mikrofonla istifadə edəcəksənsə, ən yaxşısı ümumi mövzular seçməkdir. Məsələn dil öyrənmək, plan qurmaq, mətn yazdırmaq.

Praktik istifadə üçün 3 sadə ssenari:

Plan: “Bu gün üçün 6 saatlıq iş planı qur, prioritetlə.”

Mesaj: “Müdirimə rəsmi mesaj yaz: bu gün gecikəcəyəm.”

Öyrənmə: “Bu mövzunu sadə dillə izah et: inflyasiya nədir?”

Yekun olaraq, mikrofonla Sİ istifadə etmək çox rahatdır. Amma yaxşı nəticə üçün qısa danışmaq, konkret detallar vermək və mətnin düzgün yazıldığını yoxlamaq lazımdır. Bu vərdiş oturandan sonra Sİ telefonda real köməkçiyə çevrilir.

Amma danışıqla cavablar o qədər effektli olmur. Sİ də insan kimidir, danışıq zamanı düşünüb, axtarış edib, mükəmməl cavab tapa bilmir.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top