Azərbaycanda süni intellekt savadlılığının artırılması məqsədilə hazırlanmış Kvantera.ai platforması istifadəyə verilib.
Platformanın ilk məhsulu professor Saleh Məmmədovun “Yaradıcı Süni İntellekt: hər kəsin kitabı” 150 sual-150 cavab. adlı Smart Kitabıdır.
Kitab 150 sual və 150 cavab əsasında hazırlanıb, 25-dən çox dili dəstəkləyir və AI Agent vasitəsilə interaktiv istifadə imkanları təqdim edir.
Kitabın kağız variantı OFİSƏAİD kitab mağazaları şəbəkəsində iki dildə (Azərbaycan və Türkiyə türkcəsində)satışdadır.
Smart kitab isə bu günlərdə bu sayt vasitəsilə Süni intellekt Agenti vasitəsilə 25 xarici dildə satışa çıxarılacaqdır.
Platformada:
Smart Kitab
AI Agent
Əlifba Konverteri
Süni intellekt xəbərləri
Təlim və kurslar
mərhələli şəkildə istifadəyə veriləcək.
Ətraflı məlumat:
kvantera.ai