Sual 78: Sİ İLƏ KİTAB YAZMAQ NECƏ OLUR?

Kitab yazmaq çox adamın arzusu olsa da, çox az insan bu prosesi sona çatdıra bilir. Bunun əsas səbəbi kitabın sadəcə istək deyil, ciddi bir sistem tələb etməsidir. Yazıya başlayanda motivasiyanın düşməsi və ya mövzunun dağılması ən çox rast gəlinən maneələrdir. Süni intellekt (Sİ) (Yapay Zeka) burada kitabı sizin yerinizə yazan bir robot deyil, mətni bitirməyə kömək edən peşəkar bir sistemdir. O, sizə plan qurur, fəsilləri bölür və redaktor kimi mətni yığcamlaşdırır. Əsas prinsip budur: kitab böyük bir mətn deyil, ardıcıl kiçik hissələrin toplamıdır.

Kitabın məqsədini və hədəf oxucusunu müəyyən edin

Detallı bir mündəricat (İçindekiler) tələb edin və hər fəsil haqqında dəqiq göstəriş verin.

Hər fəsli məqsəd və nəticə fokuslu planlaşdırın

Gündəlik yazı sistemini və vərdişini qurun

Qaralamanı yazın və süni intellektlə redaktə edin

Üslub standartını bütün kitab boyu sabitləyin

Zəruri ədəbiyyat üçün xüsusi proqramlara müraciət edin, məsələnç Researchrabbit, Zotero, Pro-guest, Scopes Aİ kimi proqramlar. Bu məsələdə Perplexity də ciddi kömək ola bilər.

Kitabın strukturunun və yazı prosesinin idarə edilməsi

Kitabın ən kritik hissəsi onun mündəricatıdır. Sİ-dən 8–12 fəsildən ibarət, hər fəslin öz alt başlıqları olan bir xəritə istəmək işin yarısını bitirmək deməkdir. Kitabı motivasiya deyil, vərdiş bitirir; buna görə də Sİ-dən gündəlik 400–800 sözlük realist bir yazı planı (Yazı takvimi) tələb edin. Bu yanaşma sizi „hər gün nə yazım?“ sualının gətirdiyi zehni yorğunluqdan xilas edəcək. Bu zaman ən çox vaxt aparan yazmaq və riyazi modellər, hesablamalardır. Bunua sanlaşdırmaq üçün Chat GPT-də və bəzi digər platformalarda Writing bölməsi var, ora keçib imla deyə bilərsiniz, proqram çöx sürətlə yazır. Sonra onu yenə də Sİ-lə redaksiya etmək mümkündür. Yaxud səsli danışıqla fikirləriinizi müzakirə edə bilərsiniz ki, bu danışığı proqram yazır, sonra həmin yazını redaktə etmək mümkündür.

Model qurmaq və mürəkkəb hesablamalar aparmaq üçün ənənəvi Sİ proqramları ilə yanaşı, mükəmmək Julius. ai, Rows.com proqramlarından istifadə edərək işi dəfələrlə asanlaşdırmaq olar.

Yazı prosesində ən böyük səhv ilk cümlənin mükəmməl olmasına çalışmaqdır. Düzgün üsul əvvəlcə sürətli bir qaralama (Taslak) yazmaq, sonra isə Sİ-dən onu kitab dilinə uyğun şəkildə yığcamlaşdırmağı və təkrarlardan təmizləməyi xahiş etməkdir. Sİ həm də kitabın “dil birliyini” (Dil bütünlüğü) qorumağa kömək edir ki, hər fəsil eyni peşəkar səslə oxunsun. Beləliklə, siz tək qalmırsınız və qarşınızdakı “boş səhifə” divarı aradan qalxır.

Praktik istifadə üçün hazır cümlələr

Aşağıdakı “Kitab yazmaq” promptunu (İpucu) kopyalayıb boşluqları dolduraraq süni intellektə göndərin:

Nümunə: “Mövzu: [Bura mövzunu yazın]. Hədəf oxucu: Gənc sahibkarlar. Ton: Praktik və sadə. Mənim üçün 10 fəsillik mündəricat və hər fəsil üçün 5 alt başlıqdan ibarət plan hazırlayın. Həmçinin 30 günlük yazı cədvəli (Çizelge) tərtib edin.”

Faydalı linklər

Gemini, Chat GPT, Copilot, Grok Aİ, Perplexity, Researchrabbit, Zotero. Scope Aİ, Pro-Quest, Julius.ai, Rows. com, Scrivener (Yazıçılar üçün proqram), Microsoft office,

Google Docs (Bulud əsaslı yazı aləti),

Müəllifin fikri: Kitab yazmaq ilhamın gəlməsini gözləmək deyil, hər gün intizamla o masaya oturmaqdır.

Praktik tapşırıq: İndiyə qədər ağlınızda olan kitab ideyasını Sİ-yə deyin və ondan cəmi 2 dəqiqə ərzində 10 fəsillik bir mündəricat hazırlamasını xahiş edin.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top