“Maşınlar düşünə bilirmi?” sualı özü süni intellektin (Sİ) başlanğıcı oldu. Çünki bu tarixdən sonra süni intellekt artıq “fantaziya” yox, elmi sual kimi qəbul edildi. Amma məsələ burasındadır ki, 1950-ci illərdən əvvəl də fantastik filmlərdə, bədii əsərlərdə və digər fikir mübadilələrində Sİin elementləri müzakirə olunurdu.
1950-ci ilə qədər süni intellekt yalnız xəyal və riyazi nəzəriyyə idi:
Antik dövr: Canlı heykəllər haqqında əfsanələr (məsələn, Talos).
1830-lar: Çarlz Bebbic və Ada Lavleys ilk proqramlaşdırıla bilən maşın konsepsiyasını yaratdılar.
1920: Karel Čapek (1890–1938), Çex yazıçısı və dramaturqu. R.U.R. (Rossum’s Universal Robots) – ilk dəfə “robot” sözünü ədəbiyyata gətirdi.
1936: Alan Turinq istənilən məntiqi addımı yerinə yetirə bilən “Universal Turinq Maşını” ideyasını irəli sürdü.
1943: Uorren Mak-Kallok və Volter Pitts süni neyron modelini təqdim etdilər. Bu, müasir neyron şəbəkələrinin başlanğıcı sayılır.
1948: Norbert Viner “Kibernetika” elminin əsasını qoydu.Sİ tarixinin sonrakı mərhələlərinə sadə baxış: 3 mərhələ
Sİ tarixi çox uzun bir tarixdir, amma onu sadə başa düşmək üçün 3 mərhələyə ayıraq:
Sual mərhələsi (1950-lər) Elm “bu mümkündürmü?” sualını verir.
Qayda mərhələsi (1960–1990) Sİ qaydalarla işləyir: “əgər… onda…”.
Data mərhələsi (1990–bu gün) Sİ məlumatdan (veri) öyrənir və yaradıcı olur.
Sİ-nin “rəsmi doğum ili”: 1950
1950-ci ildə Alan Turinqin yazdığı məqalə süni intel-
lekt tarixində bir “başlanğıc nöqtəsi”dir. Turinq süni intellekti mistik, fəlsəfi bir mübahisədən çıxarıb ölçülə bilən bir testə çevirdi. Bu test bu gün “Turinq testi” kimi tanınır.
Əgər bir maşın sizinlə danışanda siz onun maşın olduğunu anlamırsınızsa, deməli o, müəyyən səviyyədə intellektual davranış göstərir.
1956-cı il: Dartmouth konfransı və süni intellektin rəsmi başlanğıcı
1956-cı ildə ABŞ-da keçirilmiş Dartmouth konfransı süni intellektin tarixi üçün rəsmi başlanğıc kimi qəbul olunur. Bu konfransın əhəmiyyəti bir terminlə ölçülür: “Artificial Intelligence” adı ilk dəfə orada elmi sahə kimi təqdim edildi.
Yəni süni intellekt elmi “təsadüfi ixtiralar”ın yox, planlı düşüncənin məhsulu oldu. Həmin illərdə alimlər çox optimist idilər: insan kimi düşünən maşınların 20 il içində yaranacağını düşünürdülər. Bu optimizm, bəlkə də, elmin gənclik romantikası idi. Çünki real dünya insan ağlının nə qədər mürəkkəb olduğunu göstərdi.
John McCarthy və süni intellekt termini
John McCarthy (1927–2011) Amerika kompüter elmi sahəsinin görkəmli alimlərindən biri və süni intellektin (Artificial Intelligence – AI) ilk adını qoyan şəxs hesab olunur.
O, 1955-ci ildə Marvin Minsky, Nathaniel Rochester və Claude Shannon ilə birlikdə hazırladığı təklif mətnində “süni intellekt” terminini ilk dəfə işlədərək bu sahəni rəsmiləşdirdi. Bu sənəd 1956-cı ildə Dartmouth Kollecində keçirilən tarixi yay tədqiqat layihəsinin əsasını qoydu.
Dartmouth konfransının (Dartmouth Summer Research Project on Artificial Intelligence) təklif sənədinin adı: “A Proposal for the Dartmouth Summer Research Project
on Artificial Intelligence” (31 avqust 1955)
McCarthy-nin bu addımı süni intellektin müstəqil bir elmi sahə kimi tanınmasına yol açdı. O, maşınların öyrənmə, dil istifadəsi və problem həlli kimi insan intellektini təqlid etməsi ideyasını irəli sürdü. Həmçinin LISP proqramlaşdırma dilini yaradaraq AI-nin inkişafında mühüm rol oynadı. McCarthy-nin vizyonu bu gün də süni intellekt tədqiqatlarının təməlini təşkil edir.
Bu ideya bu gün ChatGPT kimi yaradıcı Sİ elementlərinin sistemlərinin də təməlində dayanır.
Sİ-nin inkişafını sürətləndirən ikinci böyük xətt: Lütfi
Zadə
Sİ tarixində yalnız “düşünən maşın” ideyası yox, qərarvermə fəlsəfəsi də inkişaf edib. Lütfi Zadə 1965-ci ildə “qeyri-səlis məntiq (bulanık mantık)” ideyasını təqdim etdi.
Bu ideyanın sadə mənası belədir:
Həyat bəzən “tam doğru” və “tam yanlış” deyil. Arada sonsuza qədər çox pillələr var.
Bu yanaşma sonradan idarəetmədə (yönetim), sənayedə, maliyyədə və gündəlik avtomat qərar sistemlərində geniş istifadə olundu.“Sİ nə vaxt başladı?” sualının əhəmiyyəti
Bu sual vacibdir, çünki oxucuda belə bir yanlış fikir yarana bilər:
“Süni intellekt yeni çıxdı.”
Əslində yox. Sİ təxminən 76 illik elmi tarixə malikdir. Sadə müqayisə: əvvəl və indi Əvvəl:
bahalı idi,
data yox idi,
internet yox idi, • kompüterlər zəif idi. İndi:
telefonun özü çox güclüdür,
data var,
internet var,
Sİ kütləviləşib.
Saleh Məmmədovun fikri:
Süni intellekt yeni yaranmayıb — sadəcə bu gün hamının cibində yerləşəcək qədər güclənib.