Sual 6: İLK SÜNİ İNTELLEKT PROQRAMLARI NƏ İDİ?

İlk süni intellekt proqramları bugünkü ChatGPT kimi danışmırdı. Onlar əsasən:

məntiq məsələlərini həll edirdi,

riyazi teoremləri isbat edirdi,

şahmat kimi oyunlarda addım hesablayırdı, 4. müəyyən problemləri “qayda” ilə həll edirdi. Sadə desək:

İlk Sİ proqramları “düşünməyi” yox, məntiq yürütməyi (mantıksal çıkarım) təqlid edirdi. Niyə ilk proqramlar “söhbət etmirdi”?

Çünki o dövrdə:

kompüterlər zəif idi,

internet yox idi,

məlumat (veri) az idi, • dil texnologiyaları yox idi.

Ona görə ilk Sİ proqramları daha “mexaniki” sahələrdə yarandı:

riyaziyyat,

məntiq,

oyunlar.

Bu sahələrdə qayda və nəticə dəqiq olurdu.

İlk Sİ proqramlarından 3 məşhur nümunə: Süni İntellektin İntibahı

Süni intellektin (Sİ) intibah dövrü 1950-ci illərin ortalarına təsadüf edir. Bu sahənin təməl daşlarını atan üç pioner proqram, kompüterlərin təkcə hesablayan deyil, həm də “düşünən” maşınlara çevrilməsində həlledici rol oynamışdır. 1. Logic Theorist (Məntiqi Teorem İsbatçısı, 1956) o Allen Newell, Herbert Simon və Cliff Shaw tərəfin-

dən yaradılmışdır.

Dartmut konfransında təqdim olunan Logic The-

orist, simvolik məntiqlə insan zəkasına bənzər nəticələr çıxarmağı bacarırdı.

Whitehead və Russell-in məşhur Principia Mathe-

matica əsərindəki riyazi teoremləri sübut etməklə göstərdi ki, maşınlar təkcə rəqəmlərlə deyil, həm də abstrakt anlayışlarla işləyə bilər.

2. General Problem Solver (GPS – Ümumi Problem

Həll Edən, 1957) o Daha iddialı bir layihə olan GPS, intellektin univer-

sal tətbiqinə yönəlmişdi.

Onun əsas məqsədi dar bir sahədə deyil, istənilən

məntiqli problemi həll etmək idi.

Proqram “məqsəd-nəticə analizi” metodundan istifadə edərək mürəkkəb hədəfləri kiçik alt-hədəflərə bölürdü. o Bu yanaşma, bu gün ChatGPT kimi universal süni

intellekt modellərinin dayandığı “ümumi intellekt” fəlsəfəsinin ilk embrion forması idi.

3. ELIZA (İlk Çatbot, 1966) Cozef Veyzenbaum tərəfindən MIT-də yaradılan ELIZA, insan-maşın ünsiyyətində yeni səhifə açdı. O, xüsusən də “Terapevt” ssenarisi ilə istifadəçinin cümlələrini suala çevirərək ona geri qaytarır və psixoloji seans simulyasiyası yaradırdı. ELIZA sübut etdi ki, insanlar maşının sadə alqoritmini “insan kimi” qəbul edə bilirlər (ELIZA effekti). Bu, Turinq testinin praktikada necə sınağa çəkildiyini göstərən ən təsirli nümunələrdən biri oldu.

Bu üç proqram müasir Sİ-nin üç sütununu – məntiq, ümumi problem həlli və dil emalını – formalaşdıran ilk böyük addımlardır.

İlk Sİ proqramlarının əsas xüsusiyyəti nə idi? Əsas xüsusiyyət budur: Sistem “öyrənmirdi”. Sistemə “bilik yazılırdı” (qaydalar yazılırdı).Yəni insan deyirdi:

“Belə olanda belə et”

“Əgər belədirsə, belə cavab ver”

Bu yanaşma bir müddət işləyirdi, amma böyük problem yaradırdı:

Dünya dəyişir, qaydalar yetmir. Bu problem sonradan Sİ-ni “öyrənən sistemlər”ə doğru apardı.

Azərbaycanda ilk Sİ marağı necə formalaşdı? Bu sualı biz kitabda ümumi ideya kimi qeyd edirik. Təəssüflər olsun ki, Sİ-nin əsasını qoyan alimlərdən biri – Lütfi Zadənin bu ölkədən olmasına baxmayaraq ciddi bir araşdırma və hər hansı proqram təminatı tapa bilmədim.

Azərbaycan dilində süni intellekt barədə elmi-populyar kitabların yazılması, o cümlədən Rafiq Əliyevin və Nazim Hacıyevin Sİ mövzusunda Azərbaycan dilində kitabının olması, Sİ anlayışının regionda yayılması üçün vacib addımdır.

Bu tip kitablar bir iş görür:

Termin yaradır,

Maarifləndirir,

Gələcək tədqiqatçı nəsil yetişdirir.

Ölkə sanki 2025-ci ilə kimi süni intellektdən xəbərsiz yaşayıb, 2025-ci ildə Sİ strategiyası qəbul edildikdən sonra hərəkətlənmə var, amma tədqiqat və yaradıcılıq hələ də yox dərəcəsindədir.

Praktik hissə: “İlk Sİ”ni bu gün evdə yaşatmaq Bu linki açın: https://chat.openai.com Sonra bu sualı verin: “Mən ELIZA kimi sadə psixoloq chatbot olmaq istəyirəm.

Sən ELIZA kimi suallar ver.” Sonra:

Cavabları oxuyun

Görün ki, bu günün aləti çox daha inkişaf edib, amma əsas ideya eynidir: insanla dialoq.

Bir cümləlik “Müəllim S.M. fikri” “İlk süni intellekt proqramları bugünkü kimi danışmırdı; onlar insanın məntiqini və problem həll etməsini təqlid edərək yol açdılar.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top